Kateqoriyalar
Borjomidə avtomobil qəzası nəticəsində 17 yaşlı gənc ölüb, 3 nəfər isə ağır yaralanıb.
Aktual.ge xəbər verir ki, yol-nəqliyyat hadisəsi "Yaşıl monastır"ın yaxınlığında qeydə alınıb.
Belə ki, məktəbi bu gün bitirən gənclər Son Zənglərini qeyd edirlərmiş və şəhərdə avtomobillə gəzirlərmiş. Mövcud məlumata əsasən, yüksək sürətlə hərəkət edən iki avtomobil bir-biri ilə toqquşub, onlardan biri Kür çayına düşüb, xilas edicilərin köməyi ilə avtomobil və içindəki gənclər çıxarılıb, xəstəxanaya aparılıb.
Həkimlərin sözlərinə görə, yaralıların çoxsaylı xəsarətləri olsa da, onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırmaya başlanılıb.