Qanlı olay - Avtobusda uşaqlarının yanında xanımını... - VİDEO
21.05.2022 19:16
502
Kriminal
A
Qanlı olay - Avtobusda uşaqlarının yanında xanımını... - VİDEO

Tbilisidə ər həyat yoldaşının boğazına bıçaqla xəsarət yetirib. 

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, cütlük uşaqları ilə səyahət edərkən hadisə ictimai nəqliyyatda baş verib. 

Məlumata görə, ictimai nəqliyyatda ər-arvad arasında münaqişə qarşılıqlı fikir ayrılığı zəminində baş verib. Bundan sonra ər 27 yaşlı xanımının boğazına biçaqla xəsarət yetirib və qadın yerindəcə dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis cinayəti törətməkdə təqsirləndirilən şəxsi hadisə yerində yaxalayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin ağırlaşdırıcı şəraitdə ailə üzvünü qəsdən öldürməni nəzərdə tutan 109-cu maddəsi ilə istintaq aparılır.

ŞƏRH YAZ
5