Qanlı hadisə: 1 ölü, 2 yaralı - FOTO
22.05.2022 01:26
869
Kriminal
A
Qanlı hadisə: 1 ölü, 2 yaralı - FOTO

Telavidə qanlı hadisə baş verib.

Aktual.ge yerli mənbələrə istinadən xəbər verir ki, rayonun Akura kəndində gənclər arasında baş verən mübahisədə ov tüfəngi ilə açılan atəş nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb

Hadisə şahidlərinin sözlərinə görə, hadisədən əvvəl gənclər arasında sözlü mübahisə olub. Mövcud məlumata əsasən, ağır yaralılardan biri mərhumun qardaşıdır.

Yaralılar təcili yardım briqadası tərəfindən Telavi xəstəxanasına aparılıb və hazırda onlar həkimlərin nəzarəti altındadır. Hadisəyə səbəbin nə olduğu hələlik məlum deyil. Olay yerində polis və kriminalistlər işləyir.

Faktla bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaqa başlayıb.

ŞƏRH YAZ
3