Kateqoriyalar
Almaniyanın Münhen şəhərində 38 yaşlı peşəkar boksçu Musa Askan Yamak uqandalı Həmzə Vanderaya qarşı döyüşərkən infarkt keçirib.
Aktual.ge xəbər verir ki, hadisə üçüncü raunddan əvvəl baş verib.
İdmançı əvvəlcə huşunu itirib və qəfildən yerə yıxılıb.
Həkimlərin sözlərinə görə, boksçu ürək tutmasından dünyasını dəyişib.
Xatırladaq ki, Musa Askan Yamak 2017-ci ildən peşəkar rinqdə çıxış edir. Bu müddət ərzində keçirdiyi 8 döyüşün hamısında qalıb gəlib.