Dünyanın diqqəti Türkiyəyə yönəldi - Ərdoğan qərarı bəyan edəcək...
23.05.2022 11:29
545
Dünya
A
Dünyanın diqqəti Türkiyəyə yönəldi - Ərdoğan qərarı bəyan edəcək...

Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bu gün Nazirlər Kabinetinin xüsusi iclası keçiriləcək.

Aktual.ge "TRTHaber"ə istinadən xəbər verir ki, Türkiyə Dövlət başçısının rəhbərliyi altında keçiriləcək Nazirlər Kabinetinin xüsusi iclasında müzakirə ediləcək mövzuların başında İsveç və Finlandiyanın NATO-ya üzvlüyü mövzusu dayanır.

Qeyd edək ki, NATO ölkələrinin əksəriyyəti İsveç və Finlandiyanın Alyansa üzv olmağının lehinə olsa da, Türkiyə sözügedən ölkələri xüsusəndə İsveçi PKK terror təşkilatını dəstəkləməkdə günahlandırıb və həmin ölkələrin NATO-ya qəbul olunmasının əleyhinə olduğunu bəyan edib.

Bu gün Ankarada Tbilisi saatı ilə 16:00 başlayacaq Nazirlər Kabinetinin iclasında Türkiyə liderinin İsveç və Finlandiyanın NATO-ya üzvlüyə barədə açıqlayacağı qərar isə dünyanın diqqət mərkəzindədir.

"İsveç və Finlandiyanın NATO-ya müraciəti ilə başlayan proses görüşün əsas gündəm bəndi olacaq. Görüşdə prezident Ərdoğanın İsveç və Finlandiya liderləri ilə görüşlərinin təfərrüatları dəyərləndiriləcək",-Türkiyə Nazirlər Kabinetinin məlumatında deyilir.

ŞƏRH YAZ
2