"Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq və bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar veriləcək".
Aktual.ge xəbər verir ki, bunu Türkiyə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında bildirib.
"Davam edən hücumlar fonunda sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəzifələrimizi davam etdirəcəyik. Tezliklə sərhədlərimizdə yeni əməliyyatlara başlanacaq", - Türkiyə Prezidenti qeyd edib.
"Cənub sərhədlərimiz boyu 30 kilometr dərinlikdə təhlükəsiz zonalar yaratmaq üçün başladığımız işlərin çatışmayan hissələri ilə bağlı tezliklə yeni addımlar atmağa başlayırıq. Ölkəmizə və təhlükəsiz bölgələrimizə qarşı tez-tez hücumların, təqiblərin və tələlərin mərkəzi olan ərazilər əməliyyatlar üçün prioritet sahələr sırasındadır. İnşallah Türkiyə Silahlı Qüvvələrimiz, kəşfiyyat və təhlükəsizlik qüvvələrimiz hazırlıqlarını tamamlayan kimi bu əməliyyatlar başlayacaq",-deyə qeyd edən Ərdoğan əlavə edib:
"Türkiyəyə təhdid yaradan terror təşkilatlarına hər cür dəstək verərək onları qoruyanlar təkəbbürlü davranışlarından əl çəksinlər”.