23.05.2022 22:36
298
Siyasət
A
"Gürcü Arzusu": "Bu həftə gərgin və maraqlı olacaq"

“Gürcü Arzusu”nun Parlament fraksiyasının sədri Mamuka Mdinaradze hakim partiyanın mərkəzi qərargahında qanunverici orqan çoxluğunun müzakirə etdiyi məsələləri açıqlayıb.

Aktual.ge xəbər verir ki, iclasın ardından brifinqdə o, qeyd edib ki, bu həftə siyası baxımdan gərgin və maraqlı olacaq.

“Çox gərgin həftə olacaq. Mayın 24-də siyasi bəyanatlar və cari qanun layihələrinin müzakirəsi ilə yanaşı, müxalifətin tələbi ilə Avropa və Avro-Atlantik məsələ ilə bağlı debatımız olacaq.Mayın 25-də Gürcüstan Prosedur Qaydalarının tələblərinə uyğun olaraq bu formatda “Nazir saatı” keçiriləcək. 

Mayın 27-də bizi çox gərgin və maraqlı bir gün gözləyirik, bu gün Gürcüstanın xarici işlər naziri, Gürcüstanın baş naziri, iqtisadiyyat naziri və ədliyyə naziri Gürcüstan parlamentində çıxış edəcəklər”,-deyə M.Mdinaradze qeyd edib.

ŞƏRH YAZ
2