23.05.2022 23:57
775
Sağlamlıq
A
"Meymun çiçəyi"nə Gürcüstanda yoluxan var? - Baş virusoloqdan AÇIQLAMA

"Müasir şəraitdə 'Meymun çiçəyi' virusunu dayandırmaq çox çətin deyil, çünki o, koronavirus qədər yoluxucu deyil - 'Meymun çiçəyi' halları yəqin ki, artacaq, amma bunun böyük bir epidemiyaya çevriləcəyini düşünmürəm".

Aktual.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbər müavini."Palitranius"un efirində qonaq olarkən məlumat verib.

Onun sözlərinə görə, “meymun çiçəyi” yeni deyil və o, ötən əsrin 70-ci illərində aşkar edilib. Mərkəz rəhbərinin müavini qeyd edib ki, çiçək virusuna qarşı peyvənd var və o, "Meymun çiçəyi"nə qarşı da kifayət qədər effektlidir.

Sözügedən virusdan böyük fəsadlar gözləmədiyini açıqlayan İmnadze deyib ki, əsas gigiyenik normalara riayət etmək lazımdır.

Baş virusoloq qeyd edib ki, Gürcüstanda oxşar xəstəliklərə nəzarət sistemi “yaxşı qurulub”.

“Qorxu heç vaxt yaxşı deyil. İndiyə qədər qorxmamalıyıq, həqiqətən təhlükəli bir şey yoxdur. Mən 2 gün əvvəl Avropa Xəstəliklərə Nəzarət Mərkəzindən qayıtdım. Avropada bir çox yoluxmanın olduğu yerlərdə - İspaniyada, Portuqaliyada, Böyük Britaniyada da eynidir, hətta hələ yüksək səviyyədə həyəcan siqnalı yoxdur. Yeni heç nə yoxdur. 'Meymun çiçəyi' 70-ci illərdə kəşf edilmişdir. Deməli, bizdə Gürcüstanda bu cür xəstəliklərin monitorinqi üçün yaxşı qurulmuş sistem var. 'Meymun çiçəyi'nə ölkədə hələki yoluxma olmayıb, ümüd edirəm nə olmaz, amma biz buna hazırıq",-deyə P.İmnadze qeyd edib.

ŞƏRH YAZ
6