“Whatsapp” messencerinə yeni funksiya gəlir - FOTO
24.05.2022 02:07
457
Maraqlı
A
“Whatsapp” messencerinə yeni funksiya gəlir - FOTO

“WhatsApp” tərtibatçıları reaksiyalar üçün yeni funksiya üzərində işləyirlər. Yenilik albomlardakı hansı fotolara reaksiya verildiyini öyrənməyə imkan verəcək.

Aktual.ge məlumat verir ki, hazırda albomda qruplaşdırılmış foto və ya videoya kimsə reaksiya verirsə, istifadəçi albomu açmadan hansı fayllara reaksiya verildiyini görə bilmir.

“WABetaInfo” portalında hazırkı versiya ilə yenisi arasındakı fərqi göstərən skrinşot yerləşdirilib.

 

Aydın olur ki, gözlənilən yeniləmədə “WhatsApp” istifadəçiləri reaksiyanın təfərrüatına xüsusi menyuda baxa biləcəklər. Belə ki, hər bir media faylının qarşısında bir reaksiya qeyd olunacaq.

Hələ ki, messencerin yenilənmiş versiyasının buraxılış tarixi məlum deyil.//Oxu

ŞƏRH YAZ
2