Gürcüstana qəhvə idxalı rekord həddə çatıb
24.05.2022 10:50
128
İqtisadiyyat
A
Gürcüstana qəhvə idxalı rekord həddə çatıb

Gürcüstana qəhvə idxalı rekord həddə çatıb.

Aktual.ge xəbər verir ki, bu Milli Statistika Agentliyinin Xarici Ticarət Portalının məlumatında qeyd olunub.

Bildirilib ki, bu il ölkəyə 2338 ton (7,888 milyon ABŞ dolları) qəhvə idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü (yanvar-aprel) ilə müqayisədə ən böyük göstəricidir.

2022-ci ilin 4 ayında Gürcüstanın ən çox qəhvə aldığı ölkələrə gəlincə, ilk onluq belə görünür:

İndoneziya - 1,385 ton (3,434 milyon dollar)
Vyetnam - 287,9 ton (711 min ABŞ dolları)
Rusiya - 190,3 ton (870 min ABŞ dolları)
Almaniya - 119,4 ton (765,2 min ABŞ dolları)
Ermənistan - 94 ton (301,3 min ABŞ dolları)
İtaliya - 72,6 ton (786,4 min ABŞ dolları)
İsveçrə - 59,9 ton (201,1 min ABŞ dolları)
Türkiyə - 37,8 ton (278,7 min ABŞ dolları)
Hollandiya - 20,2 ton (105,8 min ABŞ dolları)
Yunanıstan - 19,2 ton (55,2 min ABŞ dolları)

ŞƏRH YAZ
1