Gürcüstan XİN Azərbaycanla sərhədlərin açılması barədə AÇIQLAMA VERDİ
24.05.2022 12:23
2726
Siyasət
A
Gürcüstan XİN Azərbaycanla sərhədlərin açılması barədə AÇIQLAMA VERDİ

"Gürcüstan Azərbaycanla quru sərhədlərin açılması məsələsi ilə bağlı fəal iş aparır".

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) parlament üzvünün sualına cavabında bildirilib.

XİN cavabında məsələnin həlli istiqamətində görülən işlər barədə məlumat təqdim edib.

Bildirilib ki,2020-ci il martın 19- dan Bakı-Tbilisi istiqamətində aviareyslər bərpa olunub, bu ilin iyunun 1- dən isə Bakı Batumi marşrutu üzrə reyslərin həyata keçirilməsinə başlanılacaq.

Qeyd edilib ki, Gürcüstanla Azərbaycan arasında quru sərhədlərin açılması məsələsi ikitərəfli rəsmi və işgüzar görüşlər zamanı dəfələrlə müzakirə olunub. Hazırda Azərbaycan Gürcüstan, İran və Rusiya ilə quru sərhədlərinin açılması ilə bağlı qərar qəbul etməyib:

“XİN və Gürcüstanın Azərbaycandakı səfirliyi tətbiq edilən mümkün məhdudiyyətlərin yumşaldılması istiqamətində də fəal iş aparır, lakin mövcud vəziyyətə görə hələ də bəzi qaydalar qüvvədə qalır. Aktiv kommunikasiya sayəsində Azərbaycan tərəfinin Gürcüstandan hava yolu ilə səyahət edən sərnişinlərlə bağlı qoyduğu qaydalar artıq ləğv edilib. Quru yolu ilə səfər edənlərə gəlincə, onlar üçün də bu qaydaların yumşaldılması istiqamətində iş aparılır”.

Qeyd edək ki, Gürcüstan ötən ilin iyunun 1-dən quru sərhədlərini açıb. Azərbaycanın Gürcüstan ilə quru sərhədləri 2020-ci ilin mart ayının 14-dən bağlıdır.

 

ŞƏRH YAZ
18