Kateqoriyalar
Ötən gün, 23 may tarixində Kvemo Kartli qubernatoru Giorgi Doxtiraşviliyə yeni - 4-cü müavin olaraq Nika Kobaxidzenin təyin olunduğu açıqlanıb.
Aktual.ge-nin məlumatına görə, 1992-ci il təvəllüdlü Nika Kobaxidze 2018-ci ildə Xarkov Texniki Maliyyə və Kredit Universitetinin iqtisadiyyat fakultəsini bitirib.
O, Tbilisi Şəhər Şurasında majoritar deputat olaraq çalışıb - 2018-2021. Ardından 02.02.2022-19.05.2022 - Kvemo Kartli üzrə Dövlət Nümayəndəliyi
Administrasiyanın Regional Layihələrin Koordinasiya Xidmətinin İlkin Struktur Bölmənin rəhbəri olaraq çalışıb. Bundan əvvəl isə həmin qurumda ikinci kateqoriyalı baş mütəxəssis olaraq işləyib.
N.Kobaxidze ailəlidir və iki övladı var.