Daxili İşlər Naziri parlament seçkiləri ilə əlaqədar əmr verib
22.09.2020 15:01
436
Maraqlı
A
Daxili İşlər Naziri parlament seçkiləri ilə əlaqədar əmr verib
Daxili İşlər Naziri Vaxtanq Qomelauri 31 Oktyabr 2020-ci il Gürcüstan Parlament Seçkilərində azad, təhlükəsiz və dinc mühitin təmin edilməsi, pozuntuların qarşısının alınması və buna cavab verilməsi barədə sərəncam verib. Aktal.ge xəbər verir ki, sərəncama əsasən, Gürcüstanın regionlarında, polis şöbələrinin fəaliyyət göstərdiyi ərazilərdə qanun pozuntularının qarşısının alınması və cavab vermə qrupları yaradılacaq. "Seçkilərin təhlükəsiz və sərbəst mühitdə keçirilməsini asanlaşdırmaq üçün müvafiq qruplara hərəkət bölgəsində müvafiq tədbirlər görmək, dinc və sərbəst bir mühitdə seçkiqabağı təşviqat aparmaq və Gürcüstanın Polis haqqında Qanununa uyğun olaraq profilaktik polis tədbirlərini həyata keçirmək tapşırılıb. Bu əmrlə polis məmurları vəzifələrini yerinə yetirərkən siyasi bitərəflik prinsipinə ciddi riayət etməyə borcludur", - deyə Daxili İşlər Nazirliyindən bildirilir.
ŞƏRH YAZ
0