Nazir Saakaşvilinin açıqlamasını yalanladı
25.05.2022 00:25
420
Siyasət
A
Nazir Saakaşvilinin açıqlamasını yalanladı

Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin sözlərinə görə, Mixail Saakaşvilinin təmas qura bilməməsi və müstəqil hərəkət edə bilməyəcəyi barədə məlumat tamamilə yalandır.

Aktual.ge xəbər verir ki, o, bunu Birinci Kanalın efirində qonaq olarkən deyib.

Nazir ifadə edib ki, konkret insanlar reallıqdan tamamilə fərqli mənzərə yaratmağa çalışırlar.

“Məsələn, bir hadisəni misal çəkə bilərəm ki, müəyyən insanlar Mixail Saakaşvilinin müstəqil hərəkət edə bilməməsi barədə danışırdılar və təəssüf ki, bunu iddialı formada etdilər. Mixail Saakaşvili 'Viva Med' klinikasına aparılan zaman ictimaiyyət televiziya kanallarından birinin vasitəsilə onun maşından müstəqil şəkildə düşdüyünü, həm də müstəqil şəkildə klinikanın ərazisinə daxil olduğunu görüb. Həmçinin, təəssüf ki, bir daha qeyd etməliyəm ki, müəyyən şəxslər reallıqdan tamam fərqli mənzərə yaratmağa çalışır, cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına töhfə verirlər. Bunun bariz nümunəsi qadınlardan birinin Mixail Saakaşvilinin artıq təmasda olmaması barədə danışmasıdır, bu, tamamilə yalandır”, - Rati Breqadze qeyd edib.

Məlumat üçün bildirək ki, 24 may tarixində "Vida Med" klinikasında müalicə alan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini ziyarət edən millət vəkili Eka Xerxeulidze sonra jurnalistlərə sabiq dövlət başçısının yazdığı məktubu oxuyub. M.Saakaşvili məktubda "Hərəkət edə bilmədiyini" qeyd edib.

ŞƏRH YAZ
12