Rəcəp Tayyib Ərdoğan BMT-də Gürcüstanı MÜDAFİƏ ETDİ
22.09.2020 19:57
1495
Siyasət
A
Rəcəp Tayyib Ərdoğan BMT-də Gürcüstanı MÜDAFİƏ ETDİ
“Dağlıq Qarabağ problemi başda olmaqla bölgədəki münaqişələrin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi ilə BMT və ATƏT-in qərarları çərçivəsində tez bir zamanda həll edilməsinin tərəfdarıyıq”. Aktual.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Recep Tayyip Erdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bildirib. “Dağlıq Qarabağ problemi başda olmaqla bölgədəki münaqişələrin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi ilə BMT və ATƏT-in qərarları çərçivəsində tez bir zamanda həll edilməsinin tərəfdarıyıq. Cənubi Asiyanın sabitliyi üçün önəm daşıyan Kəşmir problemi hələ də həllini tapmayıb. Cəmmu-Kəşmirin xüsusi statusunun ləğvindən sonra atılan addımlar problemi daha da dərinləşdirib. Bu məsələnin dialoq yolu ilə BMT qərarları çərçivəsində və xüsusilə Kəşmir xalqının gözləntiləri çərçivəsində həllinin tərəfdarıyıq”, - R.T Ərdoğan deyib.
ŞƏRH YAZ
1