Tina Bokuçavadan
23.09.2020 09:03
298
Siyasət
A
Tina Bokuçavadan "Avropalı Gürcüstan"a: "Bizdən nə ilə fərqlənirlər?"
"Onların siyasi kimlik problemləri var. "Milli Hərəkat"dan nə üçün getdiklərini, bizdən nə ilə fərqləndiklərini, Mixeil Saakaşvili ilə bir yerdə iqtidarda olduqlarında nəyi bəyəndiklərini və indi nəyi bəyənmədiklərini seçicilərə izah edə bilmirlər". Aktual.ge xəbər verir ki, bu barədə "Vahid Milli Hərəkat"ın üzvlərindən biri olan Tina Bokuçava bəyan edib. "Mən buna bir mübarizə kimi yanaşmaq istəmirəm. Bu onların problemidir. Bizim hər hansı siyasi kimlik problemimiz yoxdur, heç vaxt olmayıb və olmayacaq da. Bizim siyasi və mənəvi məqsədimiz var. Kim olduğumuzu və hara getdiyimizi seçici çox yaxşı bilir", - deyə Tina Bokuçava bildirib.
ŞƏRH YAZ
0