23.09.2020 10:23
1130
Siyasət
A
"Əhali tərəfindən verilmiş tapşırıqları ən qısa müddətdə yerinə yetirməyə çalışacağıq" - Qoqi Meşveliani
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının Bolnisi-Dmanisi-Tsalka və Tetritskaro seçki dairəsi üzrə majoritar namizədi Qoqi Meşveliani Bolnisi bələdiyyəsinin Xaxalajvari, Tsipori, Zvareti, Ratevani və Tancia kənd sakinləri ilə bir araya gəlib. Bu barədə Aktual.ge xəbər portalına Qoqi Meşvelianinin mətbuat xidmətindən məlumat verilib. O, kənd sözügedən kənd sakinləri ilə görüşü zamanı mövcud və tamamlanmış infrastruktur layihələr barədə məlumat verib. Q.Meşveliani öz çıxışında Zvareti kəndində tikilən yeni məktəbin inşasının yaxın zamanda başa çatacağını, həmçinin Tancia kəndində qazlaşdırma işlərinin sona çatdığını, Ratevanidə isə daxili kənd yollarının abadlaşdırıldığını bildirib. Görüş zamanı sözügedən kəndlərdə yaşayan əhalinin ehtiyaclarını yaxşı bildiyini söyləyən Q.Meşveliani, kənd sakinlərinin ona ünvanladığı problem və tapşırıqları ən qısa zamanda həll etməyə çalışacaqlarını ifadə edib. “Bu kəndlərin sakinləri ilə uzun müddətdir yaxından əlaqə saxlayıram. Əhali komandamıza xüsusi dəstək göstərdi. Bütün yaşayış məntəqələrinin ehtiyaclarının öyrənilməsində fəal işləməyə davam edəcəyik və əhali tərəfindən verilmiş tapşırıqları ən qısa müddətdə yerinə yetirməyə çalışacağıq”, - deyə Q.Meşveliani qeyd edib.
ŞƏRH YAZ
0