Gürcüstanda son sutkada koronavirusa dəhşətli yoluxma qeydə alındı
23.09.2020 10:58
1264
Siyasət
A
Gürcüstanda son sutkada koronavirusa dəhşətli yoluxma qeydə alındı
Son dəqiqə xəbəri... Gürcüstanda koronavirusla əlaqədar ölüm və yoluxma halları ilə bağlı xəbərlər son dəqiqə olaraq ard-arda gəlir. Belə ki, Gürcüstanda son sutkada koronavirusa 227 yeni yoluxma faktı təsdiqlənib, 69 pasiyent sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytından məlumat verilib. Bununla da ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 4 140-ə, sağalanların sayı isə 1 643-ə çatıb. Gürcüstanda bu günə qədər koronavirus xəstəliyindən 24 nəfər vəfat edib. Hazırda ölkə üzrə 5 390 nəfər karantində, 836 nəfər isə stasionar nəzarətdə saxlanılır.
ŞƏRH YAZ
0