
Kateqoriyalar
Gürcüstanda mayın 30-dan iyunun 5-dək 511 yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, daha 7 xəstə ölüb.
Aktual.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz məlumat yayıb.
Məlumata əsasən 514 nəfər virusdan sağalıb.
Ölkə üzrə ümumilikdə 103 min 529 test tədqiqatı aparılıb, o cümlədən 93 min 577 antigen testi və 9 min 952 PCR testi həyata keçirilib.