Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb - SƏBƏB?
08.06.2022 00:28
4238
Hadisə
A
Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb - SƏBƏB?

Azərbaycanın “Buta Airways” aviaşirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Aktual.ge xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə enib.

Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tbilisiyə yola düşəcəklər.

ŞƏRH YAZ
4