Nazirlik elan etdi: Bu xəstələrə bahalı dərmanlar PULSUZ VERİLƏCƏK
10.06.2022 11:40
397
Sağlamlıq
A
Nazirlik elan etdi: Bu xəstələrə bahalı dərmanlar PULSUZ VERİLƏCƏK

Onurğa əzələlərinin atrofiyasından bütün əziyyət çəkən bütün xəstələrə bahalı dərmanlar pulsuz veriləcək. Bu dərmanların alınmasına təqribən 10 milyon lari xərclənib.

Aktual.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Siyasət şöbəsinin müdiri Eka Adamia məlumat verib.

O bildirib ki, dərmanı pulsuz əldə etmək üçün qeydiyyatdan keçmək lazımdır və indiyədək 62 xəstə qeydiyyata alınıb.

“Dövlət tərəfindən müxtəlif xəstəliklər üzrə müxtəlif ambulator və stasionar xidmətlərin göstərilməsini, habelə onların bir hissəsinin dərman preparatları ilə təmin olunmasını özündə əks etdirən nadir xəstəliklər üzrə dövlət proqramı maliyyələşdirilir. 2022-ci ildən biz onurğa əzələlərinin atrofiyası olan xəstələri maliyyələşdiririk. 2022-ci ildən sözügedən xəstələr üçün dərmanlar tam maliyyələşdiriləcək. Bu dərman artıq alınıb və onun alınmasına təxminən 10 milyon lari xərclənib. Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi və xəstəliyin aşkar olunacağı “Forma 100” tələb olunur. Qeydiyyatdan keçdikdən sonra bütün xəstələr dərmanları pulsuz ala bilərlər", - Eka Adamia bildirib.

ŞƏRH YAZ
1