Tbilisidə basketbol üzrə Avropa çempionatı üçün yeni idman kompleksi açılıb
11.06.2022 16:26
147
Mədəniyyət
A
Tbilisidə basketbol üzrə Avropa çempionatı üçün yeni idman kompleksi açılıb

Tbilisidə basketbol üzrə Avropa çempionatı üçün inşa edilən yeni idman sarayının açılışı olub.

Aktual.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili kompleksin açılışında iştirak edib.

O, Gürcüstanın “AvroBasket”i qəbul etməyə hazır olduğunu bildirib.

Baş nazir deyib ki, Tbilisidə matçlar senyabrın 1-dən keçiriləcək, iyulun 4-də isə ilk yoxlama matç təşkil olunacaq.

Ümumi sahəsi 25 min kvadrat metr olan yeni idman sarayı 10 min tamaşaçı üçün nəzərdə tutulub. Tikili çoxfunksiyalı idman məkanıdır və istənilən format və miqyaslı idman və mədəni tədbirlərin keçirilməsi üçün uyğundur.

Qeyd edək ki, Tbilisi Avropa Çempionatının A qrupu üzrə matçlara sentyabrın 1-dən 18-dək ev sahibliyi edəcək.

ŞƏRH YAZ
2