Tina Bokuçava:
23.09.2020 13:20
961
Siyasət
A
Tina Bokuçava: "Qərargahdakı üzvlərimizə zəng edərək təxribata çağırırdılar"
"Hansı naməlum şəxs regionlardakı qərargah üzvlərimizə "Vahid Milli Hərəkat"ın adı ilə zəng edərək seçkiləri təxribata çağırırdı". Aktual.ge xəbər verir ki, bu barədə "VMH"-ın üzvü Tina Bokuçava deyib. "VMH" millət vəkili Tina Bokuçavanın sözlərinə görə bu şəxs Bidzina İvanişvilinin təlimatı ilə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən göndərilib. Bokuçavanın sözlərinə əsasən heyət üzvlərinə zəng eləyən şəxs özünü Qiorqi Nozadze olaraq təqdim etsə də nömrənin yoxlanılmasından sonra aydın olub ki, nömrə Mərkəzi Seçki Siyahısında olmayan naməlum şəxsin adına qeydə alınmışdır. "Nömrədən kimin istifadə etdiyini və dezinformasiya tapşırıqlarının kimin tapşırığı ilə yerinə yetirildiyini müəyyənləşdirmək üçün Baş Prokurorluqda iş qaldırılacaq", - deyə Bokuçava qeyd edib. Mənbə: on.ge
ŞƏRH YAZ
1