Tbilisidə 21 nəfərin ölümünə səbəb olan faciədən 7 il ötür
13.06.2022 12:47
314
Mədəniyyət
A
Tbilisidə 21 nəfərin ölümünə səbəb olan faciədən 7 il ötür

Bu gün, 13 iyun paytaxt Tbilisidə 21 nəfərin ölümü ilə nəticələnmiş faciənin 7-cı ildönümüdür.

Aktual.ge xatırladır ki, 2015-ci ilin iyunun 13-dən 14-ə keçən gecə aramsız yağışlar Vera çayının məcrasından çıxması və Tbilisidə güclü selə səbəb olub.

Təbii fəlakət nəticəsində yaşayış evləri, zoopark və itlər üçün özəl sığınacaq, “Mziuri” parkını su basıb. Daşqın Tbilisidə infrastruktura, evlərə, yollara, körpü və tunellərə, kommunikasiya sisteminə, 200-dən çox ailəyə ciddi ziyan vurub. Zooparkı su basdığından orada saxlanılan heyvanlar şəhərin küçələrinə qaçıb.

Hadisə nəticəsində itkin düşən iki nəfəri tapmaq mümkün olmayıb. 

Selin Gürcüstan paytaxtına vurduğu ziyanın məbləği 90 mln. dollar təşkil edib.

Tbilisidə daşqın qurbanlarının xatirəsinə simvolik memorial qoyulub. Bu gün saat 12:00-də Baş nazir İrakli Qaribaşvili və Tbilisi meri Kaxa Kaladze həmin memorial ziyarət edib əkil qoyub, dini ənənələrə uyğun olaraq dua edib, qurbanları yad edib. 

 

ŞƏRH YAZ
3