Gürcüstanda
14.06.2022 15:36
522
Sağlamlıq
A
Gürcüstanda "Krım-Konqo" virusuna yoluxmalar aşkar edilib

Samtshe-Javexeti bölgəsinin Adiqeni və Axaltsihe rayonlarında "Krım-Konqo" virusuna yoluxma halları qeydə alınıb.  

Aktual.ge xəbər verir ki, "Krım-Konqo" virusuna yoluxanlar arasında biri Adiqeni rayonunun Caxani kəndində, digəri isə Axaltsihe rayonunun Muqareti kəndində olmaqla regionda iki nəfər yoluxub.

Bundan əlavə, həkimlər üç şübhəli yoluxmanın daha müşahidə edildiyini bildiriblər.

Belə ki, bu il Gürcüstanda "Krım-Konqo" virusuna aşkar edilmiş 20 yoluxmadan 9-u Axaltsihe bələdiyyəsində, 6-sı Adqinedi, 5-i Aspindzada qeydə alınıb.

Məlumat üçün bildirək ki, sözügedən virusa ilk dəfə 1944-cü ildə Krımda, 1956-cı ildə isə təkrardan həmin virus Konqoda aşkar edilib.  Krım-Konqo hemorragik qızdırması: Qanama (qanama) və qızdırma ilə xarakterizə olunan viral xəstəlik.//Pia

 

 

ŞƏRH YAZ
8