Batumidə koronavirus tüğyanı davam edir
23.09.2020 14:21
1116
Sağlamlıq
A
Batumidə koronavirus tüğyanı davam edir
Batumi şəhərində koronavirusa yoluxan hamilə qadınların sayı 25-ə çatıb. Aktual.ge xəbər verir ki, Batumi Doğum Evində müalicə olunan pasiyentlər xəstəliyi simptomsuz keçirirlər. Qadınlardan biri qeysəriyyə əməliyyatı olunub. Körpənin virusa yoluxub-yoluxmamasını müəyyən etmək üçün bioloji nümunəsi laboratoriyaya göndərilib. Qeyd edək ki, Acarıstanda son sutkada daha 165 nəfərdə COVID-19 aşkarlanıb.
ŞƏRH YAZ
2