Tsalkada maraqla gözlənilən unikal şüşəli körpünün açılışı baş tutub
14.06.2022 20:03
483
Mədəniyyət
A
Tsalkada maraqla gözlənilən unikal şüşəli körpünün açılışı baş tutub

Kvemo-Kartli bölgəsinin Tsalka rayonunda Daşbaşı kanyonu üzərində 240 metrlik şüşə körpü açılıb.

Aktual.ge xəbər verir ki, mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya və digər rəsmi şəxslər iştirak ediblər.

Hökumət başçısı bildirib ki, İsrailin “Kass Land” şirkəti layihənin reallaşdırılmasına 120 milyon lari investisiya yatırıb və 250 iş yeri yaradılıb. Baş nazir qeyd edib ki, körpünün istifadəyə verilməsi kanyon ətrafında turizm xidmətlərinin inkişafına təkan verəcək.

Körpünü unikal edən orta hissəsində 200 metr hündürlükdə yerləşən brilyant formasında asma şüşəli kafe-bardır. “Kass Land” şirkətinin baş direktoru Eka Tordiya bildirib ki, obyekt Ginnesin Rekordlar Kitabına ən yüksək asma restoran kimi daxil ola bilər.

Qeyri-adi məkanın ziyarətçilərini gözəl təbiət mənzərələri, kaskadlı şəlalələrə aparan cığırlar və kotteclər gözləyir.

Turizm kompleksi ziyarətçiləri iyunun 15-dən ödəniş əsasında qəbul edəcək.

ŞƏRH YAZ
7