Giorgi Vaşadze:
23.09.2020 15:03
1489
Siyasət
A
Giorgi Vaşadze: "Larinin məzənnəsini gücləndirməyin yeganə yolu hökuməti dəyişdirməkdir"
"Lari məzənnəsini gücləndirməyin yeganə yolu hökuməti dəyişdirməkdir". Aktual.ge xəbər verir ki, bu barədə müxalif "Strategiya Qurucu"nun lideri Giorgi Vaşadze bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hazırda iqtisadiyyatda dəhşətli mənfi gözləntilər var, çünki "Gürcü Arzusu" hökuməti böhran zamanı heç bir şey etməyib. "Larinin məzənnəsi kəskin şəkildə enməyə davam edir və bu gün Milli Bank 40 milyon dollarımızı xərcləmək niyyətindədir. Təəssüf ki, xərclədiyimiz pulların heç bir nəticəsi yoxdur. Bu vəziyyət 40 milyon dollar məsələsində də olacaq. Son 4 gündə Gürcüstan və xarici maliyyəçilərlə larinin məzənnəsini gücləndirmək üçün hökumətə açıq şəkildə təklif etsək də nə edə biləcəyimizə dair bir formul tapmaq üçün gecə-gündüz çalışırıq. Tam məsuliyyətlə bildirirəm ki, larinin məzənnəsinin möhkəmlənməyə və kəskin şəkildə yaxşılaşmağa başlamasının yeganə yolu hökuməti dəyişməkdir. Hökuməti dəyişdirməkdən başqa bir yol yoxdur. İndi iqtisadiyyatda dəhşətli, mənfi gözləntilər var, çünki 'Gürcü Arzusu' hökuməti böhran zamanı heç bir şey etməyib. Kiçik və orta sahibkarlara heç nə təklif edilməyib, onları dəstəkləməyib, yeni növ islahatlara başlanılmayıb. Bütün bunlara baxmayaraq çıxıb hər şeyin yaxşı olduğunu deyirlər. Bu o deməkdir ki, bu çöküş və böhran vəziyyəti onların hazırki şərtlərində uzun müddət davam edəcək”, -deyə G.Vaşadze vurğulayıb. Müxalif lider qeyd edib ki, böhran dövründə hökumət işin perspektivli olduğunu hiss etdirmək üçün təsirli addımlar atmayıb. “Yayda hər şey dayandırıldıqda hökumət sentyabr ayında böhran əleyhinə bir planı olacağını gözləyirdilər. Biz isə yalnız iqtisadiyyatda hər şeyin yaxşı olduğunu eşitdik. Bunu nəzərə alsaq, bu sadəcə bütün cəmiyyətin iqtisadi problemlərdən qorxduqlarına avtomatik reaksiya göstərməsidir. Larinin məzənnəsi həm də əhval-ruhiyyədən, neçə dollar satılacağından və nə qədər lari alacağımızdan asılıdır”,- deyə müxalif lider deyib. O, həmçinin hökumət üzvlərini "mənasız" bəyantlar verməməyə çağırıb. "Baş nazir də daxil olmaqla, 'Gürcü Arzusu' liderlərini az danışmağa, mənasız bəyanatlar verməməyə çağırıram. Saçxere modelinin Gürcüstanın inkişaf modeli olduğu ortaya çıxdığına dair bəyanatlar verməyin. Gürcüstan hər bir vətəndaşı bütün bunlara reaksiya verir", - deyə o ifadə edib.
ŞƏRH YAZ
0