Milli Bankın prezidentindən AÇIQLAMA -  Dollar bu tarixdən ucuzlaşacaq
23.09.2020 19:42
537
İqtisadiyyat
A
Milli Bankın prezidentindən AÇIQLAMA - Dollar bu tarixdən ucuzlaşacaq
“Çox güman ki, lari bu gün həddən artıq ucuzlaşacaq və pandemiya ilə bağlı qeyri-müəyyənlik aradan qaldırıldıqdan, habelə ənənəvi seçkiqabağı təşviqat sona çatdıqdan sonra məzənnə yenidən öz tarazlığına qayıdacaq”. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze GMB müdaxilələri ilə bağlı sosial şəbəkədə yayımladığı paylaşımda bildirib. Onun sözlərinə görə, müdaxilələrin məqsədi larinin gücləndirilməsi və ya dəyərdən salınması deyil, bu bazara xarici valyutanın tədarükünə xidmətdir. “Son zamanlar tez-tez bəyanatlar eşidilir ki, ‘Milli Bank filan milyon dollar satıb amma hələ də larini möhkəmləndirə bilməyib'. Bu səhv bir fikirdir. Aydınlaşdırmaq istəyirəm ki, Milli Bankın müdaxilələrinin məqsədi larini möhkəmləndirmək və ya dəyərdən salmaq deyil. Xatırlatmaq istəyirik ki, Gürcüstanda bizim kimi kiçik, açıq iqtisadiyyat olan ölkə üçün üzən məzənnə rejiminin mövcudluğu optimal seçimdir. Pandemiya zamanı edilən müdaxilələr larinin bazar dəyərinə təsir etmir. Mövcud müdaxilələrin məqsədi bazara xarici valyuta tədarük etməkdir. Pandemiya ilə əlaqəli qeyri-müəyyənlik və ənənəvi seçkiqabağı ajiotajı aradan qaldırdıqdan sonra valyuta kursu tarazlıq nöqtəsinə qayıdacaq”,- deyə Gürcüstan Milli Bankının prezidenti bildirib. Məlumat üçün qeyd edək ki, ABŞ dollarının 24 sentyabra olan rəsmi məzənnəsi 3.2641 səviyyəsində müəyyən olunub.
ŞƏRH YAZ
3