
Kateqoriyalar
Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxamiya şəxsən ABŞ və Avropaya səfər edərək Gürcüstana üçün Aİ-yə namizədlik statusunun verilməməsini tələb edib.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Parlamentdə çıxışı zamanı deyib.
Baş nazir Araxamiyanın Gürcüstan müxalifətinin dostu olduğunu vurğulayıb.
O əlavə edib ki, Araxamiya Gürcüstan hökumətinin sanksiyalar siyahısına düşən şirkətləri təşviq etməsinə dair ittihamlar irəli sürsə də bu vaxtadək heç bir dəlil nümayiş etdirə bilməyib.