Salome Zurabişvili Avropa İttifaqının Gürcüstanla bağlı qərarına belə reksiya verdi
24.06.2022 01:15
234
Siyasət
A
Salome Zurabişvili Avropa İttifaqının Gürcüstanla bağlı qərarına belə reksiya verdi

Gürcüstan Avropa Şurası tərəfindən onun Avropa perspektivini tanıdıqdan sonra Avropa İttifaqına namizəd üzv statusu almaq üçün növbəti aylarda işləməyə hazırdır.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın dövlət başçısı Salome Zurabişvili tviterdə yazıb.

“Tarixi gün. Gürcüstanın Avropa perspektivi tanınıb. İndi biz namizəd statusunu əldə etmək üçün növbəti aylarda əzmlə işləməyə hazırıq”, - deyə Gürcüstan Prezidenti qeyd edib.
 

ŞƏRH YAZ
7