Makron: Gürcüstan tələblərə cavab verən kimi məsələyə qayidacağıq
24.06.2022 01:46
183
Dünya
A
Makron: Gürcüstan tələblərə cavab verən kimi məsələyə qayidacağıq

“Biz Gürcüstan məsələsində o, Avropa Komissiyasının tələblərinə cavab verən kimi qayidacağıq".

Aktual.ge xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron keçirdiyi xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu gün Avropa İttifaqı birləşib və Avropa İttifaqı Gürcüstan, Ukrayna və Moldovaya Avropa perspektivini təklif edir.

'Mən bu qərarın qəbul edildiyi kontekstin vacibliyini vurğulamaq istədim. Xüsusən də Rusiyanın Ukraynaya təcavüzü fonunda. Biz Rumıniya və Moldovanın nümayəndələri ilə danışdıq və Ukraynanın Avropa İttifaqına üzvlüyünə başlaması üçün ona namizəd statusunun verilməsi barədə razılığa gəldik. Avropa Komissiyası da bizə Ukrayna ilə necə işləmək yollarını təqdim edib və bu məsələdə konsensus olmayıb", - Makron qeyd edib.

Xatırladaq ki, Avropa İttifaqı Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu təqdim edib, Gürcüstana isə perespektiv verib.

ŞƏRH YAZ
1