25.06.2022 14:37
151
Mədəniyyət
A
"InterPress"in həyata keçirdiyi jurnalistika kursunun iştirakçıları ABŞ səfrliyində olub

InterPress.ge-nin həyata keçirdiyi jurnalistika kurslarının iştirakçıları ABŞ-ın Gürcüstandakı səfirliyində seminar görüşdə olublar.

Aktual.ge məlumat verir ki, ABŞ səfirliyində seminar görüş Amerikanın Gürcüstandakı səfirliyinin mətbuat attaşesi Con Ferri, mətbuat attaşesinin köməkçisi Amira İsmayıl, Sveta Kravçenko ABŞ-ın Kiyevdəki səfirliyinin informasiya üzrə köməkçisi və media Eksperti Sofi Gelava tərəfindən keçirilib.

Görüşdən əvvəl səfirlik əməkdaşları kurs iştirakçılarına səfirliyin daxilində ekskrusiya təşkil edib. Daha sonra isə InterPress.ge-nin təsisşisi və baş redaktoru Nahid Qurbanov sayt və kurs haqda məlumat verib. ABŞ səfirliyinin nümayəndələri bu kursun faydalı və önəmli olduğunu vurğulayıblar.

Görüşdə iştirakçılar media və dezinformasiya, saxta məlumat haqqında Amerika, Ukrayna və Gürcüstanın təcrübəsi ilə tanış olub.

Amerika səfirliyinin əməkdaşı Amira İsmayıl kurs iştirakçılarına Amerikada saxta və yanlış məlumatların yayılmasının qarşısını almaq üçün istifadə etdikləri üsullardan bəhs edib. O, bildirib ki, Amerika məktəblərində "Media savadlılığı" fənn olaraq tədris olunur.

Daha sonra səfirliyin Ukraynadan olan əməkdaşı Sveta Kravçenko öz ölkəsindəki Rusiya propagandası ilə mübarizə üsulları haqda məlumat verib.

Görüşdə Gürcüstandakı mövcud vəziyyətlə bağlı isə məlumat verməsi üçün səfirliyin kurs iştirakçıları üçün xüsusi olaraq dəvət etdiyi DFRLAB-ın əməkdaşı Sopo Gelava da iştirak edib.

 

ŞƏRH YAZ
5