Tbilisidə Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edilib
26.06.2022 12:03
374
Mədəniyyət
A
Tbilisidə Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edilib

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Gürcüstanda qeyd edilib.

Aktual.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin əməkdaşları və hərbi attaşe aparıtının zabitləri, eləcə də Türkiyənin Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri albay Burak Altınay və aparatın zabitləri Tbilisidəki Heydər Əliyev Parkında ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin parkdakı abidəsi önünə gül dəstələri düzülüb. Parka gələn turistlərə və şəhər ictimaiyyətinin nümayəndələrinə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, keçdiyi şərəfli yol barədə ətraflı məlumat verilib.

ŞƏRH YAZ
2