Marneulidəki bədbəxt hadisə də, daha bir nəfər dünyasını dəyişib
26.06.2022 23:35
1656
Hadisə
A
Marneulidəki bədbəxt hadisə də, daha bir nəfər dünyasını dəyişib

Marneulidə yaşayış binasında eyvan uçqunu nəticəsində ölənlərin sayı ikiyə çatıb.

Aktual.ge xəbər verir ki, hadisə zamanı 50 yaşın altında bir qadın dünyasını dəyişib.

"Aversi" klinikasından Aktual.ge-yə bildirilib ki, hamilə qadın isə xəstəxanaya gətirilərkən artıq dünyasını dəyişibmiş.

Xəsarət alan azyaşlıların isə vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 

Yerli sakinlərin sözlərinə görə, uçquna səbəb binanın qəzalı vəziyyətdə olmasıdır. Onlar bildirib ki, 2 il əvvəl Marneuli Meriyasına binanın qəzalı vəziyyətdə olması ilə bağlı məlumat versələr də, fəqət məsələ ilə bağlı araşdırılma aparılmayıb.

ŞƏRH YAZ
18