Marneuli merinin sözlərinə görə, Nərimanov küçəsində baş verən bədbəxt hadisə ilə bağlı o, hadisə yerində olub və təfərrüatlarla bağlı yaxından maraqlanıb.
Aktual.ge xəbər portalına danışan Marneuli meri bildirib ki, mənə məlumat verildikdən dərhal sonra hadisə yerinə getdim.
Bədbəxt hadisə nəticəsində dünyasına dəyişənlərə Allahdan rəhmət, azyaşlılara isə şəfa diləyən Kənan Ömərov deyib:
"Baş verən hadisə hər birimizi dərindən üzdü. Mənə məlumat verildikdən sonra dərhal hadisə yerinə getdim, xəsarət alan az yaşlıları klinikaya apardıq, çox şükür onlar vəziyyəti indi ürək açandır. Məsələ şəxsən nəzarətimdədir. Baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirən iki bacımıza isə Allah rəhmət diləyirəm",-deyə Marneuli meri bildirib.
Məlumat üçün bildirək ki, 26 iyun saat təxminən 18:00 radələrində Marneulinin Nərimanov küçəsində yerləşən beş mərtəbəli yaşayış binalarından birinin 5-ci mərtəbəsindəki eyvanı çöküb və nəticədə 2 nəfər qadın dünyasını dəyişib, 2 az yaşlı isə ağır xəsarətlər alıb.