Xəbər verdiyimiz kimi, Marneulidə həkimlər binanın uçması nəticəsində həyatını itirən gənc hamilə qadının bətnindən uşağı xilas edə biliblər.
Bu barədə Aktual.ge xəbər portalının əməkdaşına "Aversi" klinikasından məlumat verilib.
Bildirilib ki, körpə hazırda klinikada, həkimlərin nəzarəti altındadır.
"Qadın klinikaya gətiriləndə artıq dünyasını dəyişmişdi, fəqət bətnindəki körpənin ürəyi stabil şəkildə döyünürdü. Körpənin xilası dərhal qadına qeysəriyyə əməliyyatı edildi",-məlumatda deyilir.
Xatırladaq ki, 26 iyun saat 18:00 radələrində Marneuli Bələdiyyəsinin Nəriman Nərimanov küçəsində yerləşən beş mərtəbəli yaşayış binalarından birinin 5-ci mərtəbəsindəki mənzilin eyvanı çöküb, üstəlik 4-cü mərtəbədəki mənzilin eyvanınıda çökdürüb. Nəticədə 2 qadın dünyasını dəyşib, 2 az yaşlı isə ağır bədən xəsarətləri alıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin araşdırması davam edir.