Yanacağın qiymətində kəskin siçrayiş
27.06.2022 11:27
986
İqtisadiyyat
A
Yanacağın qiymətində kəskin siçrayiş

Gürcüstanda dizel yanacağına olan tələbat və buna müvafiq olaraq qiymətlər artıb.

Aktual.ge xəbər verir ki, son günlər dizel yanacağının qiyməti artaraq 4,5 larini keçib.

Gürcüstan Neft İdxalatçıları Birliyinin sədri Vano Mtvralaşvili deyib ki, Gürcüstan bazarında dizelin qiyməti ilə bağlı vəziyyət kifayət qədər ağırdır. Yaranmış çətinlik bir neçə amillə bağlıdır. Bunlardan birincisi, dünya bazarında dizel yanacağının qiymətlərinin əhəmiyyətli dərəcədə artmasıdır. Bu gün dizel yanacağının 1 tonunun qiyməti 1360 ABŞ dollarına çatıb. Bu da son bir ayda 30 faiz qiymət artımı deməkdir.

Onun sözlərinə görə, bu gün bazarda dizel yanacağının müəyyən qıtlığının olmasının obyektiv səbəbləri var. İki aydan çoxdur ki, Azərbaycanda texniki yenidənqurma prosesi gedir və qonşu ölkədən məhsulların tədarükü çətinləşib. Digər tərəfdən dünya bazarında qiymət artımı var. Eyni zamanda, tədarükün gecikməsi də qiymətlərin artmasına səbəb olur.

Bildirilib ki, ölkədə benzinlə bağlı mənzərə isə bir qədər fərqlidir.

Onun sözlərinə görə, ölkədə benzinin qiymətlərinin aşağı düşməsi tendensiyası müşahidə olunur. Bu mərhələdə qeyri-brend yanacaqdoldurma məntəqələri adi yanacağı 3 lariyə satır. Buna baxmayaraq, premium və super markalı benzinin qiymətləri hələ də artmaqdadır.

ŞƏRH YAZ
11