Baş nazir:
27.06.2022 11:33
369
Siyasət
A
Baş nazir: "Biz heç bir dağıdıcı qüvvənin bu prosesə mane olmasına imkan verməyəcəyik"

"5 aydan sonra bizdə ikirəqəmli iqtisadi artım olacaq. Biz heç bir dağıdıcı qüvvənin bu prosesə mane olmasına imkan verməyəcəyik".

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili hökumətin iclasındandan əvvəl deyib.

Onun sözlərinə görə, ikirəqəmli iqtisadi artım Avropada görünməmiş göstəricidir.

“Bizdə çox gözəl iqtisadi artım var. 5 aydan sonra bizdə dünya bazarları, iqtisadiyyat fonunda Avropada analoqu olmayan ikirəqəmli iqtisadi artım olacaq. Bizdə birbaşa xarici investisiyaların rekord göstəricisi də var. Artan turizm, ticarət, ixracat, lari güclənir. Bütün istiqamətlərdə müsbət dinamikamız var. Biz bunu qoruyub saxlayacağıq və daha da yüksək templə işləməyə davam edəcəyik.

Biz heç bir dağıdıcı qüvvənin bu prosesə mane olmasına imkan verməyəcəyik, əksinə, biz bundan sonra da irəliyə, ölkəni inkişaf etdirəcəyik. Ölkədə sülh, sabitlik və vətəndaşlarımız üçün firavanlıq olacaq - bu, xalqımızın əmridir və biz hamımız birlikdə bunları yerinə yetirəcəyik", - İrakli Qaribaşvili qeyd edib.

ŞƏRH YAZ
10