" "Gürcü arzusu” Avropa İttifaqı ilə Assosiasiya sazişinin imzalanmasından keçən 8 il ərzində azad ticarət, vizasız rejim və Avropa perspektivi olmaqla, üç əsas nəticəyə nail olub".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün keçirilən Nazirlər kabinetinin iclasında deyib.
Qaribaşvilinin sözlərinə görə, o, ölkənin tezliklə Aİ-yə namizəd ölkə statusu alacağına inanır.
“Bu gün yubiley tarixidir. Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzaladığımızdan 8 il keçir. Əslində, məhz o zaman təsirli addımlar atıldı. 8 il əvvəl bu müqaviləni imzalamaq şərəfinə nail olmuşam. Mən ölkənin əldə etdiyi bir sıra nəzərəçarpacaq nəticələri qeyd etmək istərdim: İlk növbədə, bu, Aİ ilə azad ticarətdir. Məhz bundan sonra bizdə müsbət iqtisadi dinamika var. Aİ-də ticarət artır və sahibkarlarımız heç bir maneə olmadan öz məhsullarını Aİ-yə ixrac edirlər.
İkinci böyük nailiyyət vizasız rejimdir ki, bununla da ölkəmizin bütün vətəndaşları Gürcüstan pasportu ilə Avropa İttifaqı ölkələrinə vizasız səfər edirlər. Bu da öz növbəsində çox nəzərə çarpan nəticədir.
Üçüncüsü, hazırda Avropa liderləri tərəfindən tanınan ölkəmizin Avropa perspektivi və ya ölkənin Avropa İttifaqına üzv olacağına dair bəyan etdikləri vədlərdir", - deyə Baş nazir qeyd edib.