Yaxın vaxtlarda çörəyin qiymətində artım gözlənilirmi sualına ittifaq rəhbəri aydınlıq gətirdi
27.06.2022 12:33
241
Maraqlı
A
Yaxın vaxtlarda çörəyin qiymətində artım gözlənilirmi sualına ittifaq rəhbəri aydınlıq gətirdi

"Çörəyin qiymətində yaxın vaxtlarda artım gözlənilmir".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstan Çörək Sənayesi İttifaqının sədri Malxaz Dolidze deyib.

Onun sözlərinə görə, hazırda ölkədə un tədarükü ilə əlaqədar problem yoxdur.

“İndi yeni məhsul götürməyin vaxtıdır. Bundan əlavə, buğda və un xaricdən gətirilir. Ona görə də hələlik mən təsdiq edə bilərəm ki, çörəyin qiyməti artacaq deyə yayılmış məlumatlar doğru deyil”, – deyə Dolidze bildirib.

Onun sözlərinə görə, unun və buğdanın idxalında qiymətlər artıb. Eyni zamanda, Gürcüstana davamlı olaraq keyfiyyətli un gətirilmir.

“Hazırda 1 kisə birinci keyfiyyətli un təxminən 75-76 lariyə satılır. Bugünkü qiymət isə 79 laridir. Bundan başqa, Rusiyadan gətirilən unun da qiyməti yavaş-yavaş qalxır. Gürcüstanda dəyirmanların işləmədiyini bildikləri üçün unu baha gətirirlər”, - deyə Malxaz Dolidze bildirib.

Dolidzenin sözlərinə görə, bu il Gürcüstanda ötən illə müqayisədə 20% çox buğda yığımı gözlənilir.

“Bilməyinizi istəyirəm ki, bu vəziyyət onu yaradıb ki, bir çox fermerlərimiz buğda yetişdirməyə başlayıb, ən yaxşı toxum materialına qayıdıblar. Bu, Gürcüstanda çox yaxşı tendensiyadır”, - deyə Malxaz Dolidze qeyd edib.

ŞƏRH YAZ
2