Gürcüstan-Rusiya sərhədi bağlanıldı - SƏBƏB?
27.06.2022 12:55
642
İqtisadiyyat
A
Gürcüstan-Rusiya sərhədi bağlanıldı - SƏBƏB?

Gürcüstanda intensiv yağışlar səbəbindən Terek çayının daşması nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Aktual.ge xəbər verir ki, mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki “Kazbeqi” gömrük-keçid məntəqəsi də müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb. Həmçinin fiziki şəxslərin də dövlət sərhədini keçməsi mümkünsüz olub.

Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra “Kazbeqi” gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin daşınması problemsiz həyata keçiriləcək.

ŞƏRH YAZ
2