Qubernator: Marneuli Meriyasına qəzalı bina ilə bağlı müraciət edilməyib - VİDEO
27.06.2022 13:17
401
Siyasət
A
Qubernator: Marneuli Meriyasına qəzalı bina ilə bağlı müraciət edilməyib - VİDEO

"Bu hadisədə yeganə xoşbəxtlik uşaqların həyatlarının xilas edilməsi olub. İndicə məlumat aldım ki, iki azyaşlı uşaq klinikadadır və vəziyyətləri qənaətbəxşdir. Bununla əlaqədar meriya klinika ilə daimi əlaqədədir".

Aktual.ge məlumat verir ki, bu sözləri Kvemo Kartli qubernatoru Giorgi Doxturişvili ötən gün Nərimanov küçəsində 2 nəfərin ölümü ilə nəticələnən bina qəzası ilə bağlı bu gün Marneuli Meriyasının qarşısında keçirdiyi xüsusi brifinqdə söyləyib.

O, bədbəxt hadisə zamanı dünyasını dəyişənlərə rəhmət, yaralılara isə şəfa arzulayıb.

Qubernator eyni zamanda yerli sakinlərin Marneulidəki qəzalı bina ilə əlaqədar Meriyaya dəfələrlə müraciət etmə mövzusuna da münasibət bildirib.

"Meriyanın bununla əlaqədar məlumatının olmasına, indiki vəziyyətdə bu barədə danışmaq narahatedicidir. Bu vəziyyətdə meriyayı belə bir hadisədə günahlandırmaq həqiqətən də narahatedicidir. Siz də yoxlaya bilərsiniz ki, binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar meriyaya hər hansı məktub daxil olmayıb. Bu barədə komissiya yaradılıb və məsələ barədə araşdırmalar aparılır. Bununla yanaşı hadisənin baş verməsi səbəbinin və binanı qəzalı vəziyyətdə olmasının öyrənilməsi barədə lazımi orqanlara da müraciət edəcəyik. Nəticəni sizə də təqdim edəcəyik",-deyən Giorgi Doxturişvili qeyd edib ki, təsdiq edirəm ki, binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar Marneuli meriyasına hər hansı bir məktub daxil olmayıb.

"Bildiyiniz kimi, bir neçə müddət əvvəl Dmanisidə və Marneulidə zəlzələ olmuşdu. Baş vermiş zəlzələ ilə bağlı Marneuli meriyasına 172 məktub daxil olmuşdu, lakin bu ünvandan, bu korpusdan meriyaya indi də məktub daxil olmayıb. Yenə deyirəm, Marneuli bələdiyyəsinə qəzalı vəziyyətlə əlaqədar məktub daxil olmayıb. Hazırda binadakı bir neçə sakin binadan çıxarılmış və meriyanın hesabına otellərə yerləşdirilmişdir. Marneuli meriyası zərərçəkmiş hər iki ailəyə yardım edilməsi ilə əlaqədar qərar qəbul etmişdir. Həmçinin, bütün lazımi ölçülər də götürüləcəkdir. Məsələ ilə bağlı hər hansı addımın atılması lazım gələrsə, bu işdə sakrebulonun sədri, mer və parlament 24 saat aktiv olaraq fəaliyyətdədir. Biz ilk növbədə hadisənin baş vermə səbəbinin öyrənilməsini təmin etməyə çalışacağıq. Sonra isə nəticə əsasında Marneuli meriyası müvafiq qərarı verəcəkdir",-deyə Kvemo Kartli qubernatoru qeyd edib.

ŞƏRH YAZ
11