" "Tbilisi Prayd" həftəsi çərçivəsində elan olunmuş tədbirlərlə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən planlaşdırılan qabaqlayıcı tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq istərdik".
Aktual.ge xəbər verir ki, bu haqda DİN bəyanat verib.
Bildirilib ki, həftə ərzində nəzərdə tutulan qapalı tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələri tədbirin təşkilatçıları ilə daimi əlaqə saxlayırlar.
Bəyanatda qeyd olunu ki, tədbirin təhlükəsiz şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirlər görüləcək.
"Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələri, BMT, "Tbilisi Prayd", yerli və beynəlxalq təşkilatların, Gürcüstanın Xalq Müdafiəçisi Ofisinin, eləcə də diplomatik korpusun nümayəndələrinin iştirakı ilə həftənin təhlükəsiz şəraitdə keçirilməsi üçün görüşlər keçirilib. Gürcüstanın Daxili İşlər Nazirliyi "Tbilisi Prayd" tərəfindən planlaşdırılan tədbirlərin təhlükəsiz formatda keçirilməsini təmin etmək, asayişi təmin etmək, habelə hər bir şəxsin ifadə və sərbəst toplaşma azadlığını qorumaq üçün bütün lazımi tədbirləri görəcək",-deyilən DİN-in bəyanatında qeyd olunub:
"Mətbuatda bildirilir ki, müəyyən qruplar həftə ərzində nəzərdə tutulan qapalı tədbirləri pozmağı planlaşdırırlar. Daxili İşlər Nazirliyi hər cür zorakılığı qınayır və "Prayd" həftəsinə qarşı çıxan qrupları qanuna əməl etməyə, polisin qanuni tələblərinə tabe olmağa və qanunla icazə verilən toplaşma və nümayiş keçirmək hüququndan kənara çıxmamağa çağırır. Əks halda polis öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərərək hər bir pozuntu halının qarşısı alınacaq və ciddi hüquqi cavab veriləcəkdir".