Son 6 ayda külli miqdarda bəyan edilməmiş dizel yanacağının idxalına cəhdlərin qarşısı alınıb
27.06.2022 14:30
249
Maraqlı
A
Son 6 ayda külli miqdarda bəyan edilməmiş dizel yanacağının idxalına cəhdlərin qarşısı alınıb

"Son 6 ayda Azərbaycandan yük avtomobillərinin - “Qırmızı Körpü” və “Laqodexi” gömrük-keçid məntəqələrinə daxil olması şübhəsi əsasında ölkəmizə dizel idxalına cəhd edilib".

Aktual.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata əsaən, 6 milyon 443 min 970 litrdən çox dövlət qeydiyyatına alınmayan dizel yanacağının qeyri-qanuni yolla Gürcüstana daxil edilməsi cəhdi qeydə alınıb.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatına görə, dövlət qeydiyyatına alınmayan məhsulların idxalı əsasən kustar üsulla hazırlanmış yanacaq çənləri olan yük avtomobillərinin sürücüləri tərəfindən həyata keçirilib.

Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinə əsasən, bu fakt hüquq pozuntusunu təşkil edir və cərimə ilə cəzalandırılır. Gəlirlər Xidməti yük avtomobillərinin sahiblərini qanunsuz hərəkətlərdən çəkinməyə çağırır.

 

ŞƏRH YAZ
1