Baş katib: “NATO Gürcüstan üçün yeni dəstək paketi qəbul edəcək”
27.06.2022 17:20
122
Dünya
A
Baş katib: “NATO Gürcüstan üçün yeni dəstək paketi qəbul edəcək”

“NATO Madrid sammitində Gürcüstana dəstəyin genişləndirilməsini elan edəcək”.

Aktual.ge xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.

“Biz tərəfdaşlarımız – Gürcüstan, Bosniya və Hersoqovina, Moldova, həmçinin Mavritaniya və Tunis üçün yeni dəstək paketləri qəbul edəcəyik”, - o bildirib.

Qeyd edək ki, Madrid sammiti 28-30 iyun tarixində keçiriləcək. Toplantıda Alyansın yeni strateji konsepsiyasının qəbul ediləcəyi gözlənilir. Sammitdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iştirak edəcək. O, bu gün bildirib ki, sammitdə Gürcüstanın NATO-ya inteqrasiya yolunda əldə etdiyi nailiyyətlərin tanınacağına ümid edir.

ŞƏRH YAZ
0