Yeni dövlət qurumu yaradıldı
27.06.2022 19:59
576
İqtisadiyyat
A
Yeni dövlət qurumu yaradıldı

Gürcüstanda Kurortların İnkişafı üzrə Agentlik yaradılıb.

Aktual.ge xəbər verir ki, yeni qurum İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərəcək.

Agentliyin əsas məqsədləri balneoloji, dağ və digər kurortların inkişafı, yeni, potensiallı kurortların tədqiqi və müvafiq baş planların hazırlanması, müvafiq infrastrukturun qurulması üçün müxtəlif qurumlarla əməkdaşlıq, sərmayələr və qrantların cəlb edilməsindən ibarət olacaq.

Yeni dövlət qurumuna Sandro Onoprişvili rəhbərlik edəcək. O, 2018-ci ildən iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin mədənçıxarma sənayesi məsələləri üzrə müşaviri olub.

Məlumat üçün bildirək ki, Gürcüstanda 300-ə yaxın kurort və kurort yeri var.

ŞƏRH YAZ
7