Baş nazir Marneulidəki bədbəxt hadisəyə heç reaksiya belə vermədi
27.06.2022 23:36
895
Siyasət
A
Baş nazir Marneulidəki bədbəxt hadisəyə heç reaksiya belə vermədi

Ötən gün Marneulinin Nərimanov küçəsindəki beşmərtəbəli binalardan birinin 5-ci mərtəbəsindəki mənzilin eyvanının çökməsi nəticəsində biri hamilə olmaqla 2 nəfər qadın dünyasın dəyişib, 2 azyaşlı isə ağır bədən xəsarətləri alıb, fəqət bütün bunlarla bağlı Baş nazir İrakli Qaribaşvili bu gün hökumətin iclasında bir kəlimə belə danışmayıb nə də baş sağlığı dilə gətirməyib.

Aktual.ge-nin verdiyi xəbərə görə, bu gün saat 11:00-də başlayan və saatlarda davam edən Hökumətin İclasına rəhbərlik edən İrakli Qaribaşvili, toplantıdan əvvəl iqtisadiyyatdan, sabah Madriddə keçiriləcək NATO sammitindən və s. Danışıb.

Bütün Gürcüstan mediası ötən gün Marneulidə 2 nəfərin faciə kimi hadisədə dünyasını dəyişdiyindən danışsa da, hökumət başçısı özünün heç sosial şəbəkəsində belə baş sağlığı verməyib. Baş nazirin bu günkü iclasdan əvvəl Marneulidəki bədbəxt hadisə ilə bağlı danışacağı gözlənilsə də, fəqət heç reaksiya belə verməyib.

Bununla belə müxalifət partiyalarının liderləridə bədbəxt hadisəyə qarşısında səssiz qalıb.

ŞƏRH YAZ
28