KİV: Baş nazir istefa verəcək və bu şəxslər onu əvəz edə bilər
28.06.2022 01:15
763
Siyasət
A
KİV: Baş nazir istefa verəcək və bu şəxslər onu əvəz edə bilər

Mətbuatda Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin istefa verəcəyi barədə məlumatlar yayıb.

Aktual.ge xəbər verir ki, bununla bağlı "Mtavari" telekanalı iddialı məlumat yayıb.

Mövcud məlumata əsasən, "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvili baş nazir vəzifəsinə əvəzləyici axtarır və bu mərhələdə hökumət başçısı postuna İqtisadiyyat naziri Levan Davitaşvili yaxud da özünün xüsusi etimadını qazanan vəkili Viktor Kipiani ola bilər.

Bununla belə xatırladaq ki, 24 iyun "Avropaya Doğru" mitinqinin təşkilatçıları baş nazir İrakli Qaribaşviliyə 3 iyula qədər verməsini ultimatumunu veriblər. Keçən günlərdə isə hökumət başçısı vəzifəsindən ayrılmağı düşünmədiyini bildirib.

ŞƏRH YAZ
12