Polis çox sayda
02.07.2022 11:01
208
Kriminal
A
Polis çox sayda "Tbilisi Pride" əleyhdarlarını SAXLADI

Daxili İşlər Nazirliyi (DİN) Mtatsmindada "Tbilisi Pride" əleyhdarlarının aksiyasında 26 nəfəri saxlayıb.  

Aktual.ge xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Məlumata görə, 26 nəfərin hamısı İnzibati Xətalar Məcəlləsinin 166-cı (xırda xuliqanlıq) və 173-cü (polisə müqavimət) maddələri ilə inzibati qaydada gözaltına alınıb.

Yerli mətbuatın yazdığına görə, saxlanılanlar arasında “Alt-İnfo”nun rəhbərləri – Zurab Maxaradze və İrakli Martinenko, həmçinin ata və oğul – Quram və Aleksandre Palavandişvili də var.

ŞƏRH YAZ
3